Avropa Oyunlarında boks üzrə yarışlarda Azərbaycanı təmsil edən Teymur Məmmədov ilk döyüşündən sonra öz qələbə təəssüratlarını bölüşüb.
Teleqraf.com xəbər verir ki, 81 kiloqramda mübarizə aparan boksçumuz rəqibin elə də güclü olmadığını bildirib: "Bu rəqib mənim üçün elə də güclü deyildi. Lakin ilk döyüşüm olduğu üçün mənə çətin oldu. Qalib gəldiyim üçün çox şadam".
Təmsilçimiz növbəti döyüşlərə daha yaxşı hazırlaşacağını deyib: "Rəqibin kim olmasından asılı olmayaraq Avropa Oyunlarının qalibi olmaq üçün çalışacam. Hədəfim çempionluqdur".
Uğur