19 İyun 2015 12:50
701
12 Punto 14 Punto 16 Punto 18 Punto

Akrobatika gimnastikası üzrə çoxnövçülük yarışları davam edir.

Ölkəmizi təmsil edən Anatoliy Leonov və Ulyana Dyakova çıxış edib. 77, 430 xal toplayan həmyerlilərimiz birinci pilləyə yüksəlib.

Yarışlar davam edir.

12:50

Qadınlardan ibarət qrupların mübarizəsi başa çatıb. 11 komandanın yarışında Azərbaycan millisi də çıxış edib. Yığmamız yarışa Lalə Hüseynova, Nərmin Ramazanova və Aynur Hüseynovadan ibarət “üçlük”lə qatılıb.

82,310 xal toplayan komandamız yarışı 5-ci pillədə başa vurub. Çempion adına belçikalılar yiyələnib – 86,480. Rusiya (85,430) 2-ci, Belarus (84,610) 3-cü olub.

Saat 12:50-də cütlüklər mübarizəyə başlayacaq. Ulyana Dyakova və Anatoli Leonovun təşkil etdiyi cütlük 9 komandanın yarışında qüvvəsini sınayacaq.

12:19


Çoxnövçülük üzrə qrup yarışlarında iştirak edən gimnastlarımız uğurlu nəticə göstərib. Lalə Hüseynova, Aynur Hüseynova və Nərmin Ramazanovadan ibarət komandamız 82.310 xal toplayaraq reytinq sıralamasında 4-cü pillədə qərarlaşıb.

10.23

Bu gün Birinci Avropa Oyunları çərçivəsində akrobatika gimnastikası üzrə qadınlar arasında qrup - çoxnövçülük yarışlarının final mərhələsi başlayıb.


Teleqraf.com xəbər verir ki, ölkəmizi yarışlarda Lalə Hüseynova, Aynur Hüseynova və Nərmin Ramazanovadan ibarət komanda təmsil edir.


Müəllif: