20 İyun 2015 14:59
940
12 Punto 14 Punto 16 Punto 18 Punto

Birinci Avropa Oyunlarında Azərbaycanı 52 kiloqram çəki dərəcəsində təmsil edən Elvin Məmişzadə irlandiyalı rəqibi üzərində qazandığı qələbədən sonra öz təəssüratlarını bölüşüb.

Teleqraf.com-a açıqlama verən boksçu onu dəstəkləyən azarkeşlərə öz minnətdarlığını bildirib:

"İlk döyüşüm olduğu üçün bir qədər çətin oldu. Amma qalib gəldiyimə görə çox sevinirəm. Tamaşaçılara minnətdaram. Hər bir gələn şəxsə çox sağol deyirəm".

Boksçu daha sonra Avropa Oyunlarındakı iddiasından danışıb: "Əlbəttə ki, məqsədim birincilikdir. Özümü konkret qızıl medala kökləmişəm. Amma nəticə nə olur olsun əlimdən gələni edəcəm".

Rəqibləri haqqında danışan təmsilçimiz növbəti görüşlərin daha çətin keçəcəyini bildirib: "Mənim öz döyüş üslubum var. Rəqibim kim olur olsun açıq döyüş üslubu mənim üçün daha rahatdır. Növbəti döyüşüm ispan boksçusuna qarşı olacaq. Avropa və Dünya çempionatında nəticələri olan idmançıdır. Amma mən ona qalib gələcəyimə inanıram".

Uğur


Müəllif:

Oxşar xəbərlər