21 İyun 2015 14:47
819
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Döyüşümdən elə də razı deyiləm. Gücümün yalnız 60%-ni sərf edə bildim. Birinci görüş həmişə çətin olur. Çünki uzun müddət rinq görmürsən. Amma bundan sonrakı döyüş bir qədər asan olacaq."

Teleqraf.com xəbər verir ki, bu sözləri Azərbaycanı boks yarışlarında təmsil edən Pərviz Bağırov (69 kq) belorus idmançısı üzərində qazandığı qələbədən sonra deyib.

Görüş boyu tamaşaçıların dəstəyini hiss etdiyini deyən boksçu rəqibinin təcrübəli olduğunu bildirib: "Rəqibim güclü boksçudur. İki dəfə Olimpiya oyunlarında iştirak edib. Onunla 2012-ci ildə Qazaxıstanda qarşılaşmışıq, o döyüşdə də ona qalib gəlmişəm".

Növbəti döyüşə hazırlıq haqqında danışan Pərviz medal qazanmaq üçün əlindən gələcəyini söylədi: "Bundan sonrakı döyüşü də udsam medala şansım artır. İnşallah buna nail olacam. Özümdə çempion olacaq potensialı görürəm. Neçə illərdir bunun üçün əziyyət çəkirəm".

Uğur


Müəllif:

Oxşar xəbərlər