“Bakı 2015” Birinci Avropa Oyunlarında qadınlararası voleybol yarışlarının son yarımfinalçısı məlum olub.
Teleqraf.com xəbər verir ki, bu Serbiya kollektividir. Komanda iyunun 25-i Polşa kollektivi ilə qarşılaşacaq.
Serbiya son oyununu Belçika yığmasına qarşı keçirib. Oyun 3-2 belçikalıların üstünlüyü ilə başa çatıb: 22-25; 25-19; 14-25; 25-21; 18-16.
Qeyd edək ki, digər yarımfinal qarşılaşmasında Azərbaycan voleybolçuları Türkiyə ilə gücünü sınayacaq.
Samir