30 İyun 2015 14:11
4 792
12 Punto 14 Punto 16 Punto 18 Punto

Birinci Avropa Oyunları başa çatsa da yarış vaxtı yaşanan bəzi məqamlar hələ də müzakirə olunur.

Teleqraf.com xəbər verir ki, kişilər arasında 91 kq çəkidə Avropa Oyunlarının qaliblərinin mükafatlandırma mərasimi zamanı maraqlı hadisə baş verib. Azərbaycan prezidenti İlham Əliyevin də iştirak etdiyi mükafatlandırma mərasimində gümüş mükafatçı erməni əsilli Ukrayna boksçusu Gevorq Manukyanın adının çəkilməsi etiraza səbəb olub və azarkeşlər onu fitə basıblar.

İlham Əliyev jestlə tamaşaçılardan boksçunu fitə basmamağı xahiş edib. Bundan sonra tamaşaçılar idmançını alqışlamağa başlayıblar. Prezident isə işarə ilə azarkeşlərə təşəkkür edib.

Həmin maraqlı videonu təqdim edirik.


Müəllif:

Oxşar xəbərlər