22 İyul 2016 00:28
832
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Ali Radasının deputatı, Krım Tatar Məclisinin lideri Refat Çubarov Krımın Ukraynanın tərkibinə tərkibinə qaytarılmasının şərtini açıqlayıb.

Publika.az xəbər verir ki, Çubarov “Apostrof” nəşrinə müsahibəsində Rusiyanın zəifləyəcəyi halda Krımın Ukraynanın tərkibinə qayıdacağını deyib.

“Krımın qayıdışı Rusiyanın zəifləməsinə mütənasibdir. Rusiyanın iqtisadi, siyasi və hərbi zəifləməsi halında Krımın ən sürətli qayıdışı ehtimalı da artacaq”, - Çubarov bildirdi.

Daha əvvəl Çubarov deyib ki, Krım tatarlarının öz müqəddəratını təyin etmə hüququna etinasızlığına görə Ukrayna Krımı itirdi. Onun sözlərinə görə, Kiyev 23 il ərzində muxtariyyətlə bağlı Krım tatarlarının xahişlərinə diqqət verməyib.

“Bu yarımadada Ukrayna hakimiyyətinin mövqelərinin zəifləməsinə gətirib çıxardı. Rusiya bundan istifadə etdi”, - o, vurğulayıb.


Müəllif: