Türkiyədə 15 iyul hərbi çevriliş cəhdində iştirak edən qadın piot Kerime Kumaş həbs edilib.
Musavat.com haberler.com-a istinadən xəbər verir ki, F-16 qırıcı təyyarəsi ilə alçaq uçuş edən və hadisələrə dəstək verən K.Kumaş Yalova mahalında keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində ələ keçirilib.
O, çevrilişdə iştirak etmə və hakimiyyəti zorla ələ keçirmə maddəsilə ittiham olunaraq, həbs edilib və cəzaçəkmə müəssisəsinə göndərilib.