“Fətullah Güləni dəstəkləyənlərə qarşı birgə mübarizə aparmalıyıq”.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bunu Türkiyə-Avropa Parlamentlərarası komissiyanın sədri Əhməd Berat Çonkar deyib.
O, avropalı həmkarlarına məktubla müraciət edib: “Biz müttəfiqlərimiz olaraq sizdən bu terror qrupunun ölkənizdəki fəaliyyətinin qarşısının alınmasında mümkün olan bütün addımların atmasını istəyirik”.
Əhməd Berat Çonkar vurğulayıb ki, Türkiyədə sabitlik pozularsa, bunun Avropa İttifaqına təsiri böyük olacaq.
Qeyd edək ki, iyulun 15-də Türkiyə hərbi çevrilişə cəhd zamanı 246 nəfər həyatını itirib, 1600 nəfər yaralanıb.
Samir