3 Avqust 2016 16:14
699
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dubay aeroportunda təcili eniş edən sərnişin təyyarəsində yanğın başlayıb.

Hadisə "Emirates Airlines" şirkətinə məxsus Boeing 777 təyyarəsində baş verib. Təyyarədə olan 275 nəfər evakuasiya edilib: "Təyyarədə 226 Hindistan, 24 Böyük Britaniya, 11 Birləşmiş Ərəb Əmirlikləri, 6 ABŞ, 6 Səudiyyə Ərəbistan, 5 Türkiyə, 4 İrlandiya, 2 Avstraliya, 2 Braziliya, 2 Almaniya, 2 Malaziya, 2 Tailand, 1 Xorvatiya, 1 Misir, 1 Bosniya və Hersoqovina, 1 Livan, 1 Filippin, 1 Cənubi Afrika Respublikası, 1 İsveçrə, 1 Tunis vətəndaşı olub".

Yanğından bir müddət sonra təyyarənin bir hissəsi partlayıb. İlkin məlumatlara görə, hadisəyə səbəb təyyarənin sol mühərrikində yaranmış problem olub.

Teleqraf.com həmin görüntüləri təqdim edir:

Elvin


Müəllif:

Oxşar xəbərlər