22 Avqust 2016 19:54
578
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Komissiyasının və Avropanın Xarici Siyasət Fəaliyyəti Xidmətinin ekspertləri bu həftə Türkiyəyə səfər edəcəklər. Bu barədə Trend "Welt" qəzetinə istinadən xəbər verir.

Daxili məsələlər, miqrasiya və vətəndaşlıq üzrə Avropa komissarı Dimitros Avramopulos bildirib ki, səfərin məqsədi viza rejiminin liberalizasiyasına dair Türkiyə və Avropa İttifaqı arasında mövcud sazişin həyata keçirilməsi ilə bağlı texniki məsləhətləşmələrin aparılmasıdır: "Biz hər şeyi edəcəyik ki, Avropa İttifaqı və Türkiyə arasındakı saziş tam plana uyğun işləsin. Bundan başqa, lazımi islahatların keçirilməsi üçün ehtiyac olan dəstək və ekspertizanı təqdim edirik".

D.Avramopulos deyib ki, Avropa İttifaqı ilə viza sisteminin sadələşdirilməsi üçün Türkiyə əldə olunan razılaşmanın bütün şərtlərinə əməl etməlidir.


Müəllif:

Oxşar xəbərlər