1 Sentyabr 2016 22:42
646
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə FETÖ şəbəkəsi ilə əlaqədə şübhəli bilinərək axtarışda olan iş adamı Hami Çatalürək İzmir Ədliyyəsinə gələrək təslim olub.

Axar.az xəbər verir ki, məşhur iş adamı sözügedən şəbəkənin maliyyə ilə təmin edilməsinə mühüm rol oynayan şəxslərdən hesab olunurdu.

Qeyd edək ki, Hami Çatalürək bir müddət əvvəl həbs edilsə də, şərti azadlığa buraxılmışdı.

Lakin prokurorluğun etirazından sonra onun haqqında yenidən axtarış elan edilmişdi.


Müəllif:

Oxşar xəbərlər