Türkiyə ordusunun Suriyada həyata keçirdiyi “Fərat qalxanı” əməliyyatı çərçivəsində bu gün Türkiyə sərhədlərində İŞİD terror təşkilatının nəzarətinə tamamilə son qoyulub.
Teleqraf.com xəbər verir ki, Türkiyə ordusunun dəstəyi ilə bu gün müxalif Azad Suriya Ordusu Türkiyə-Suriya sərhədində, Cerablus-Çobanbəy xəttində son yaşayış məntəqələrini də azad edib.
Bununla da İŞİD terror təşkilatının Türkiyə sərhədləri ilə təması kəsilib.