22 Oktyabr 2016 16:29
495
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-da Respublikaçılar partiyasından prezidentliyə namizəd olan Donald Trampın qadınlar haqqında səsləndirdiyi fikirlər ABŞ-ın hazırki vitse-prezidenti Co Baydeni qəzəbləndirib.

Teleqraf.com xəbər verir ki, Bayden bununla bağlı CNN telekanalına açıqlama verib:

"Son vaxtlar Trampın qadınlar haqqındakı çirkin sözləri və təcavüz qalmaqalında adının hallanması məni çox qəzəbləndirdi. Onu əzişdirmək istəyirəm. Bu mənim arzumdur. Əgər Trampla orta məktəbdə oxusaydıq, onu qaranlıq bir yerə aparıb, döyərdim".

Qeyd edək ki, Tramp qadınları "çirkin məxluqlar" adlandırıb.

Samir


Müəllif: