2 İyul 2014 10:51
2 478

ABŞ-ın Florida ştatındakı Mayami şəhərində yaşayan Leysi Uayldd 6 övlad anasıdır. Son illərədək o, adi, normal xanımdı və tanışlarından, qohumlarından, qonşularından heç nə ilə fərqlənmirdi.


Lakin iki il əvvəl Leysi sanki maniyaya tutuldu. O, nəyin bahasına olursa-olsun Barbi kuklasına bənzəmək istədi.

İstəyini reallaşdırmaq istəyən 46 yaşlı Leysi Uayldd zahiri görünüşünü dəyişmək və Barbiyə oxşamaq üçün plastik cərrahiyyə əməliyyatlarından yararlanmaq qərarına gəldi.


Leysi indiyədək 36 belə əməliyyata məruz qalıb.

Milli.AZ-a istinadən bildirir ki, sinəsinin ölçülərini böyütmək üçün 12 cərrahiyyə əməliyyatı keçirmiş Leysi sonradan belində, qarnında, baldırlarında, üzündə çoxsaylı plastik əməliyyatlara məruz qalıb.


Sonda o, burnunu balacalaşdırıb, gözlərini isə "böyüdüb".


"İndi Barbiyə bənzəməyə başlamışam. Amma nəticələrdən tam razı deyiləm. Qarşıda görüləsi çox işlər var", - 6 övlad anası Leysi Uayldd deyib.

Florida ştatının Fort-Loderdeyl şəhərinin yaxınlığında yerləşən "Bal Harbour Surgery Centre"in baş cərrahı Maykl Salzauerin dediyinə görə, L.Uayldd bundan sonra da əməliyyatlar keçirərsə, orqanizmi və ümumiyyətlə, həyatı üçün çox böyük risklə qarşılaşacaq.


"Leysi Uayldd indi bir neçə liposaksiya əməliyyatı istəyərək qarnı, beli, əl və ayaqlarındakı dərialtı piylərin götürülməsini istəyir. Müştəridir, pul verir. Lakin onu dilə tutur, fikrindən vaz keçməyə çağırıram. Çünki belə əməliyyatların sonucu təhlükəli ola bilər. Axı miss Uayldd indiyədək 46 əməliyyat keçirib", - cərrah söyləyib.


Leysi Uayldd isə sakitləşmir: "Mən ideal vücud arayıram. Arzuma çatmayınca sakitləşən deyiləm".


Müəllif:
Загрузка...