3 Yanvar 10:14
587
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) üçün valyutanın yaradılması üzrə iş hələ də müzakirə olunur".

Teleqraf.com xəbər verir ki, bunu qurumun baş katibi Nurlan Ermekbayev deyib.

Onun sözlərinə görə, hazırda ŞƏT-ə üzv ölkələrin ödəniş sistemləri qlobal ödəniş sisteminə inteqrasiya olunub və müəyyən valyutalarla bağlıdır.

"Milli valyutaların payının artırılması zərurətini başa düşürük", - deyə Ermekbayev əlavə edib.

Xatırladaq ki, Hindistan, Qazaxıstan, Qırğızıstan, Çin, Pakistan, Rusiya, Tacikistan, İran və Özbəkistan həmin təşkilata üzvdür.


Müəllif: Məlik Məlikov

Oxşar xəbərlər