3 Yanvar 10:51
602
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev növbədənkənar prezident seçkilərinin keçirilə biləcəyi ilə bağlı iddiaları təkzib edib.

Teleqraf.com xəbər verir ki, Tokayev bu barədə "Ana dili" qəzetinə müsahibəsi zamanı danışıb.

“Mən BMT-nin baş katibinin müavini və Silahsızlanma üzrə Konfransın baş katibi kimi üç ilə yaxın sözügedən təşkilatın Cenevrə ofisinə rəhbərlik etmək imkanım olub. Qarşıdakı illər üçün Qazaxıstanın inkişafı ilə bağlı böyük planlarım var", - prezident belə söyləyib.

Tokayev, həmçinin BMT-yə rəhbərlik etmək barədə iddiaları da doğru hesab etməyib.

Xatırladaq ki, sosial şəbəkələrin Qazaxıstan seqmentində Tokayevin 2026-cı ildə BMT-nin baş katibi olmağı planlaşdırdığı və buna görə də adıçəkilən ölkədə növbədənkənar prezident seçkilərinin keçiriləcəyi iddia olunurdu.


Müəllif: Məlik Məlikov

Oxşar xəbərlər