2 Yanvar 12:45
490
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriya keçid hökumətinin təhlükəsizlik qüvvələri Homs şəhərində eks prezident Bəşər Əsədin tərəfdarlarını təqib edir.

Teleqraf.com xəbər verir ki, bu barədə Suriya Daxili İşlər Nazirliyinin yaydığı bəyanatda bildirilib.

“Silahlı Qüvvələr İdarəsi ilə birgə Daxili İşlər Nazirliyi şəhərin bir neçə məhəlləsində və ətrafında hərbi cinayətkarların, həmçinin keçmiş rejimlə əlaqəsi olan, silahlarını təhvil verməkdən və hüquq-mühafizə orqanlarının yoxlamalarından imtina edən şəxslərin axtarışı üzrə genişmiqyaslı əməliyyat aparır,” - deyə bəyanatda qeyd edilib.

Nazirlik xüsusilə Vadi-Zəhəb və Akrima rayonlarının sakinlərini evlərində qalmağa və küçəyə çıxmamağa çağırıb.

Qeyd edək ki, 25-26 dekabr tarixlərində Latakiya, Cəbələ, Tartus və Homsda Suriyanın dini azlıqlarından olan ələvilərin iğtişaşları baş verib.

Bu hadisələr polisin patrul qruplarına silahlı hücumlarla müşayiət olunub.

Cavab olaraq hakimiyyət komendant saatı tətbiq edib və iğtişaşların təşviqində keçmiş prezident Əsədin tərəfdarlarını ittiham edib.


Müəllif: Ceyhun Ağazadə

Oxşar xəbərlər