Cənubi Koreyanın “Jeju Air” şirkətinin direktoru Kim E-baenin ölkədən çıxışına qadağa qoyub.
Teleqraf.com xəbər verir ki, müvafiq qadağa Muan aeroportunda axtarışlardan sonra tətbiq edilib.
Qeyd edək ki, dekabrın 29-da “Jeju Air” aviaşirkətinin Bankonq-Muan reysini yerinə yetirən sərnişin təyyarəsi yerli vaxtla saat 9 radələrində Muan şəhərinin beynəlxalq hava limanına qəza enişi etdikdən sonra uçuş zolağından çıxaraq, beton hasara çırpılıb. Nəticədə partlayış və güclü yanğın olub. Təyyarədə olan 175 sərnişinin hamısı, habelə 6 ekipaj üzvündən 4-ü həyatını itirib.