Türkiyənin məşhur müğənnisi Kənan Doğulu həyat yoldaşı, aktrisa Beren Saatla bağlı etirafı ilə diqqət çəkib.
Teleqraf.com xəbər verir ki, Kənan Doğulu aktrisa ilə tanış olmasından danışıb: "Yeni il gecəsi idi. Beren Saat Belçim Bilgin, Yılmaz Ərdoğanla mənim evimə partiyə gəlmişdilər. Onu görəndə sanki mənim üçün vaxt dayandı. Ondan sonra Beren ilə görüşməyə başladıq. O, mənim ən yaxın dostum, sevgilim və həyat yoldaşımdır. Xoşbəxtik!".
Qeyd edək ki, cütlük 2014-cü ildə Los-Ancelesdə evləniblər.