Birləşmiş Ərəb Əmirliklərinin "Flydubai" dövlət aviaşirkəti yanvarın 3- dən Dubaydan Soçiyə birbaşa uçuşları bərpa edəcək.
Teleqraf.com yerli mətbuata istinadən xəbər verir ki, bu barədə Rusiya şəhərinin hava limanı öz "Telegram" kanalında məlumat yayıb.
Xatırladaq ki, dekabrın sonunda, Aktauda baş verən təyyarə qəzası fonunda aviadaşıyıcı dekabrın 28-dən yanvarın 5-dək Soçi və Mineralnıye Vodıdan Dubaya müntəzəm uçuşları dayandırdığını elan etmişdi.