"Türkiyə Suriyanın bərpası naminə özündə və beynəlxalq aləmdə səyləri səfərbər etmək üçün əlindən gələni edəcək".
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Hakan Fidan Belçikanın xarici işlər naziri Bernard Quintin ilə birgə mətbuat konfransı zamanı bildirib.
O, bu prosesdə Bəşər Əsədin devrilməsinin Suriya və bölgə üçün “xoşbəxtlik mənbəyi” olduğunu qeyd edib.