Avropada qazın qiyməti 2023-cü ilin oktyabrından bəri ən yüksək həddə çataraq meqavat/saat üçün 50 avronu keçib.
Teleqraf.com xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi xəbər verib.
Məlumata əsasən, bu, Rusiya qazının Ukrayna ərazisindən tranzitinin dayandırılması, Norveçin Hammerfest LNG müəssisəsində fasilələr və bəzi ölkələrdə şiddətli şaxtalar fonunda baş verib.
Avropa ölkələri növbəti istilik mövsümü üçün ehtiyatları artırmaqda çətinliklərlə üzləşəcək.