Böyük Britaniya hakimiyyəti Rusiya qazının Ukrayna ərazisindən tranzitinin dayandırılması səbəbindən enerji daşıyıcılarının qiymətlərinin qalxmasından ehtiyat edir.
Teleqraf.com xəbər verir ki, bu barədə "The Times" məqalə hazırlayıb.
“Rusiyanın Ukrayna üzərindən Avropaya tədarükünün kəsilməsindən sonra qazın qiyməti artıb və bu, Böyük Britaniyanın enerji xərclərinin növbəti dəfə kəskin artması ilə bağlı qorxuları artırıb”, - nəşr yazır.
Eyni zamanda, Britaniya hökumətindəki mənbələr qazın böyük hissəsinin Şimal dənizindən gəldiyi üçün bu ölkəyə qaz nəql edən boru kəmərinin bağlanmasından təcrid olunduğunu vurğulayıb.
Böyük Britaniyanın mayeləşdirilmiş təbii qaz (LNG) ehtiyacını ABŞ və Qətər təmin edir.