Moldova hakimiyyəti Ermənistan və Rusiya aviaşirkətlərinin fəaliyyətinə qadağa qoyacaq.
Teleqraf.com xəbər verir ki, Moldovanın İnfrastruktur və Regional İnkişaf Nazirliyi müvafiq layihə hazırlayıb.
Məqsəd milli qanunvericiliyi Avropa İttifaqının normalarına uyğunlaşdırmaqdır.
Siyahıya həmçinin Əfqanıstan, Qırğızıstan, Tanzaniya, Konqo, İran, Liviya və Sudan da daxil olmaqla 20-dən çox ölkənin aviaşirkətləri daxildir.