Xalqların Demokratik Partiyasının (HDP) gecə saatlarında həbs olunan deputatlarının sayı 12-yə çatıb. Türkiyə Daxili İşlər Nazirliyi 11 deputata qarşı irəli sürülən ittihamları açıqlayıb.
Teleqraf.com xarici mediaya istinadən həmin ittihamları təqdim edir:
1.HDP həmsədri Səlahəddin Dəmirtaş cinayət törətmək məqsədi ilə təşkilat yaratmaq, terror təşkilatının üzvü olmaq, silahlı terror təşkilatına üzv olmaq, təşkilatın adından istifadə edərək cinayət törətmək, Türkiyə Cümhuriyyətini alçaltmaq, terror təşkilatının təbliğatını aparmaq, türk millətini və Türkiyə Böyük Millət Məclisini və prezidenti təhqir etmək, dövlətin hərbi və polis təşkilatlarını təhqir etmək, PKK terror təşkilatının təbliğatını aparmaq, xalqı kin və düşmənçiliyə təhrik etmək, qanunlara riayət etməməyə çağırış, vəzifəli şəxsə böhtan, dövlətin suverenliyinə və bütövlüyünə zərər verməkdə ittiham olunur.
2. HDP-nin həmsədri Figən Yüksəkdağ cinayət törətmək məqsədilə təşkilat yaratmaq, terror təşkilatının təbliğatını aparmaq, cinayət törətməyə təhrik etmə, Türkiyə Cümhuriyyətini, hökumətini, dövlətini, ədliyyə orqanlarını, hərbi və polis təşkilatlarını aşağılamaqda, dövlətin suverenliyinə və bütövlüyünə zərər verməkdə ittiham olunur.
3.HDP-nin Şırnakdan olan millət vəkili Fərhad Encü xalqı hərbi xidmətdən yayındırmaq, terror təşkilatının təbliğatını aparmaq, xalqı kin və düşmənçiliyə təhrik etmək, qadağan olunmuş bölgələrə girmək, vəzifəli şəxsi öldürməyə təşəbbüsdə ittiham olunur.
4.HDP-nin Şırnakdan olan millət vəkili Leyla Birlik terror təşkilatının təbliğatını aparmaq, xalqı kin və düşmənçiliyə təhrik etmək, qadağan olunmuş hərbi bölgələrə girməkdə ittiham olunur.
5. HDP-nin Hakkaridən olan millət vəkili Selma Irmak terror təşkilatının təbliğatını aparmaqda ittiham olunur.
6. HDP-nin Hakkaridən olan millət vəkili Abdulla Zeydan terror təşkilatının təbliğatını aparmaqda günahlandırılır.
7. HDP-nin Diyarbəkirdən olan millət vəkili İdris Baluken cinayətin və cinayətkarın tərəfini saxlamaq, terror təşkilatının təbliğatını aparmaq, Türk milləyini, Türkiyə Cümhuriyyətini, dövlətin qurum və təşkilatlarını aşağılamaqda ittiham olunur.
8. HDP-nin Ankaradan olan millət vəkili Sırrı Sürəyya Öndər cinayət törətmək məqsədi ilə təşkilat yaratmaq, silahlı terror təşkilatına üzv olmaq, xalqı kin və düşmənçiliyə təhrik etməkdə suçlanır.
9. HDP-nin Diyarbəkirdən olan millət vəkili Ziya Pir terror təşkilatının təbliğatını aparmaq, silahlı terror təşkilatına üzv olmaq, cinayət törətməyə təhrik etməkdə günahlandırılır.
10. HDP-nin Mardindən olan millət vəkili Gülsər Yıldırım terror təşkilatının təbliğatını aparmaq, silahlı terror təşkilatına üzv olmaq, cinayət törətməyə təhrik etməkdə şübhəli bilinir.
11. HDP-nin Diyarbəkirdən olan millət vəkili Nursəl Aydoğan PKK-nın adından cinayət törətməkdə günahlandırılır.
Əcnəbi ölkələrdə olan və barələrində həbs qərarı çıxarılan millət vəkilləri:
1. HDP-nin Şırnakdan olan millət vəkili Faysal Sarıyıldız terror təşkilatının təbliğatını aparmaq, terror təşkilatına bilərəkdən və istəyərəkdən yardım etmək, xalqı kin və düşmənçiliyə təhrik etmək, cinayətin və cinayətkarın tərəfini saxlamaq, silahlı terror təşkilatını silahla təmin etməkdə günahlandırılır.
2. HDP-nin Vandan olan millət vəkili Tuğba Həzər Öztürk terror təşkilatının təbliğatını aparmaq, xalqı kin və düşmənçiliyə təhrik etmək, cinayətin və cinayətkarın tərəfini saxlamaqda ittiham olunur.
Bu arada, HDP-nin Diyarbəkirdən olan millət vəkili İmam Taşçıer də qaldığı oteldə saxlanılıb. Ona qarşı hələlik ittiham irəli sürülməyib.
Bundan başqa, HDP-nin Hakkaridən olan millət vəkili Nihat Akdoğan barəsində isə araşdırmalar davam edir.
Samir