Rusiya prezidenti Vladimir Putin Suriya ilə bağlı yeni göstəriş verib.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı Putinin sözçüsü Dmitri Peskov məlumat verib.
Onun sözlərinə görə, göstərişə əsasən, Rusiya Müdafiə Nazirliyi və Fövqəladə Hallar Nazirliyi Suriyanın Hələb şəhərinə təcili olaraq mobil hosbitallar göndərməlidir: "Onlar şəhər və şəhərətrafı ərazilərdə yaşayan dinc sakinlərə tibbi xidmət göstərəcək".
Samir