Yəməndə vətəndaş müharibəsinin başladığı gündən bu yana 1700 məktəb binası dağıdılıb.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bu barədə Yəmənin təhsil naziri Abdulla Lemlemes BMT-nin Uşaq Fondunun (UNİSEF) nümayəndələri ilə keçirdiyi görüşdə bildirib.
Nazir məktəblərin bərpasının və dərs kitablarının çapının vacib olduğunu söyləyib.
UNİSEF-in nümayəndəsi Seyfəddin Nemr təmsil etdiyi qurumun uşaqların və anaların dərdlərini yüngülləşdirmək üçün təhsil və səhiyyə layihələrini həyata keçirməyə çalışdığını bildirib.