İranda gecə klubuna gələn 121 qız və oğlan həbs olunub.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bu barədə Tehranın Pərdis məntəqəsinin prokuroru Heydər Fəttahi məlumat verib.
Onun sözlərinə görə, əməliyyat “Sepah” və hüquq-mühafizə orqanları ilə birgə keçirilib: Prokuror bildirib ki, “Sepah” və hüquq-mühafizə qüvvələri Pərdis məntəqəsindəki evlərdən birində gənc qız və oğlanların bir araya gəlib birlikdə əylənməsi haqda məlumat alan kimi həmin evdə birgə əməliyyat keçiriblər: “Əməliyyat nəticəsində bmusiqi səsləndirərək, birlikdə rəqs edən və alkoqollu içkilərdən istifadə edən 121 qız və oğlan tutulub. Tutulanlar sosial şəbəkələr vasitəsilə bir-biri ilə tanış olaraq bu kampaniyaya dəvət olunublar. Evdə yoxlama aparılıb, 20 litrdən artıq alkoqullu içkilər aşkarlanaraq götürülüb”.
Samir