Pentaqon Şimali Koreyanın orta mənzilli yeni balistik raketin sınağını keçirdiyini bildirib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, akit Okean Qüvvələri Komandanlığından verilən yazılı açıqlamada raketin Şimali Koreyanın Sinpo şəhəri yaxınlığındakı bazadan atıldığı, 60 kilometr məsafə qət edərək Yapon dənizinə düşdüyü qeyd edilib:
"İlkin təxminlərə görə, atılan raketin orta mənzilli KN-15 tipli balistik raket olduğu müəyyən olunub" .
Şimali Koreyanın bu addımına ilk reaksiya Amerika Birləşmiş Ştatlarından gəlib. ABŞ dövlət katibi RexTillerson bununla bağlı danışıb: "Şimali Koreyaya verilən zaman bitdi, kifayət qədər danışdıq. Başqa bir şərhə ehtiyac yoxdur, hər variant masadadır"
Cənubi Koreya və Yaponiya da Şimali Koreyanın raket sınağını qınayıb.
Qeyd edək ki, raket sınağı ABŞ prezidenti Donald Trampın Şimali Koreyanın nüvə təhdidi ilə bağlı problemi həll edəcəyinə dair verdiyi bəyanatdan sonra keçirilib.
Samir