27 Aprel 2017 12:00
724
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrail Hərbi Hava Qüvvələri (HHQ) Dəməşq Beynəlxalq Hava Limanının yerləşdiyi rayondakı obyektlərdən birinə zərbə endirib.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, İsrail HHQ həmin rayonda yerləşən Hizbullahın silah anbarını hədəfə alıb. Zərbələrdən sonra həmin ətrafda güclü yanğın müşahidə olunub. Zərbə o qədər güclü olub ki, səsi 25 kilometr aralıda – Suriya paytaxtının şərq hissəsində də eşidilib.

Hələlik Suriya hərbi komandanlığı olayla bağlı hər hansı bəyanat yaymayıb. Partlayışın görüntüləri “IsraelBreaking” adlı istifadəçinin Tvitter hesabında yayımlanıb.

Qeyd edək ki, İsrailin Müdafiə naziri Aviqdor Liberman İsrail təyyarələrinin hədəfə alınacağı təqdirdə Suriya Hava Hücumundan Müdafiə kompleksinin məhv ediləcəyini bildirmişdi.

Səxavət


Müəllif:

Oxşar xəbərlər