21 May 2017 10:26
845
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yəməndə Husilər tərəfindən casusluq ittihamıyla edam cəzasına məhkum edilən Yəhya Cubeyhinin vəziyyəti pisləşib.

Teleqraf.com xəbər verir ki, Yəmən Jurnalistlər Birliyi jurnalistin səhhətinin pisləşdiyi haqda bəyanat yayıb. Məlumatda qeyd edilib ki, jurnalist astma xəstəliyindən əziyyət çəkir. Onun nə xəstəxanaya getməsinə, nə də həbsxanada həkim tərəfindən müayinə edilməsinə icazə verilməyib.

Bəyan olunur ki, xəstəliyi son günlər şiddətlə inkişaf edən jurnalistin başına gələcəyi istənilən hadisəyə görə Husilər məsuliyyət daşıyır.

Xatırladaq ki, Husilərin nəzarətində olan Sana Məhkəməsi aprelin əvvəllərində “düşmən ölkələrin xeyrinə casusluq” iddiası ilə jurnalisti edam cəzasına məhkum edib.

Hazırda Yəməndə 18 jurnalist həbsdədir. Ancaq onların içərisində sağlıq durumu təhlükədə olanı 61 yaşlı Yəhya Cübeyhindir.


Müəllif: Cavad

Oxşar xəbərlər