Teleqraf.com “ICTnews”a istinadən xəbər verir ki, yeni sistem bir tərəfdən elektrokardioqram aparatından fərqli olaraq elektrodların insan bədəninə qoşulmasını tələb etmir - onun emosional vəziyyətini naqillərsiz müəyyənləşdirir. Digər tərəfdən, alqoritmlər ürək döyüntüsünün ritmini elektrokardioqraf kimi dəqiq təyin edə bilmir. Belə ki, alqoritmlər konteksti, məsələn, otağın ölçüsünü və insanın olduğu yeri nəzərə almalı olur.
Məlumata görə, “EQ Radio” sistemindən, məsələn, “Guql Hom” və ya “Əpl HomPod” kimi “ağıllı” kolonkalarda istifadə mümkündür. “Emosiyalar detektoru” insanın nə vaxt stress keçirməsini müəyyənləşdirərək sakitləşdirici musiqini işə salır. Bundan başqa, sistem qocalarda ürək tutmasını vaxtında aşkarlamağa, eləcə də yatmış körpənin ürək döyüntüsünün nəbzini və sayını izləməyə kömək edəcək.