“Rossiya 24” telekanalının çəkiliş qrupu Ukrayna silahlılarının gülləbaranına məruz qalıb.
Teleqraf.com-un Rusiya KIV-ə istinadən məlumatına görə, insident bu gün Donetsk yaxınlığında baş verib.
Məlumata görə, jurnalistlər regionda yeni dərs ilinin başlanması münasibətilə elan edilən atəşkəsə əməl edilib-edilmədiyini müşahidə ediblər. Onlar süjet hazırlayan vaxt atəşə tutulublar. Olay nəticəsində xəsarət alan olmayıb.