Rusiyanın Altay Respublikasında dəhşətli dolu yağıb.
Məlumata görə, 10 dəqiqə davam edən dolu nəticəsində 3 mindən çox evə ziyan dəyib, 7 nəfər müxtəlif xəsarətlərlə həkimə müraciət edib.
Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin regional şöbəsinin rəhbəri Svetlana Lyaşko məlumat verib.
Onun sözlərinə görə, düşən dolu təxminən tennis topu ölçüsündə olub. Yaşayış evləri, avtomobillərə ciddi ziyan dəyib.
Dolunun vurduğu ziyanın aradan qaldırılması üçün əraziyə 150-dən çox mütəxəssis cəlb olunub.
axar.az