30 İyul 2014 18:38
954
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ukrayna millətçiləri Krımın qaytarılması uğrunda Rusiya ilə müharibəyə hazırlaşır”.


Bu açıqlama ilə Sağ Sektorun lideri Dmitri Yaroş çıxış edib.

O, terrorçularla heç bir danışıqlar aparmadan onları məhv etmək lazım olduğunu bildirib:

“Onlar Ukrayna qüvvələrinin döyüş qabiliyyətinin gündən-günə yüksəldiyini çox gözəl başa düşürlər. Biz “Luqansk və Donetsk Xalq Respublikası”nın təzyiqləri qarşısında əlimizi yanımıza salıb dayanmayacağıq. Onlar bunun qarşısını almağa cəhd etsələr də, biz nəyin bahasına olursa-olsun Krımı geri qaytaracağıq. Terrorçuları sadəcə olaraq məhv eləmək lazımdır. Onlarla heç bir danışıq aparmaq lazım deyil. Çünki bu danışıqlar heç bir nəticə verməyəcək”.

/axar.az/


Müəllif: