28 Dekabr 2017 08:58
2 115
12 Punto 14 Punto 16 Punto 18 Punto

İldən-ilə dünyada təhlükəsizlik məsələləri daha da zəifləyir və təəccüblü deyil ki, qarşıdan gələn 2018-ci il də hərbi sahədə çoxlu hadisələr vəd edir.

Teleqraf.com “Ria Novosti” agentliyinin növbəti il üçün Rusiyanın hərbi planları ilə bağlı araşdırmasını təqdim edir.

Rusiya Hərbi Dəniz Qüvvələri növbəti ildə “Borey-A” krayserini və iki freqatı gəmiləri tərkibinə daxil edəcək. Rusiya Hərbi Hava Qüvvələri isə 5-ci nəsil Su-57 qırıcıların istifadəsinə başlayacaq. Növbəti il üçün ən uğurlu razılaşma S-400 zenit-raket kompleksləri ilə bağlıdır.

Tartusda baza

2018-ci ildə Tartusda daimi baza ilə bağlı Suriya hökuməti və Rusiya arasında razılaşma yerinə yetiriləcək. Bu razılaşma Xmeymim aviabazasına da aiddir. Tartusdakı baza Rusiyanın Aralıq dənizindəki donanmasının gəmilərini rahatlıqla qəbul edə biləcək. Rusiya Dövlət Duması və Federasiya Şurası tərəfindən ratifikasiya edilmiş sazişə əsasən, bazada 11 hərbi gəmi saxlanılacaq. Müqavilə 49 illik müddətə bağlanıb və bu müddət bitdikdən sonra daha 25 il Rusiya Suriyada bu hərbi bazadan istifadə edə bilər.

Sazişə əsasən, Suriya Tartus limanı ətrafındakı tikililəri və digər obyektləri Rusiyanın nəzarətinə verib.

Strateji “Şərq”

2018-ci ildə Rusiya Silahlı Qüvvələrində 8 mindən çox müxtəlif miqyaslı təlimlər nəzərdə tutulub. Bu il Rusiya SQ 3 mindən çox təlim həyata keçirib.

Növbəti ilə xüsusi genişliyi ilə seçilən təlim Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrlə baş tutacaq. Bundan başqa, “Sülh missiyası-2018”, “Şərq-2018” və “Qərb” hərbi təlimləri, eləcə də 4-cü Ordu oyunları keçiriləcək.

80 ölkənin qatılacağı Beynəlxalq ordu oyunları Rusiya, Azərbaycan, Belarus, Qazaxıstan, Çin ilə yanaşı, ilk dəfə İranda da təşkil olunacaq.

19 trilyonluq onillik

Növbəti ildə Rusiyada silahlandırma ilə bağlı 2018-2027-ci illəri əhatə edən yeni dövlət proqramı işə düşəcək. Rusiya müdafiə nazirinin müavini Yuri Borisovun sözlərinə görə, Rusiya ilk növbədə strateji nüvə gücünü inkişaf etdirəcək ki, başqa ölkələr Rusiyanın möhkəmliyini yoxlamaq arzusunda olmasın. Yeni dövlət proqramının dəyəri 19 trilyon rubl (560,5 milyard manat) təşkil edir.

14 milyard dollarlıq silah satışı

2018-ci il Rusiya hərbi sənaye kompleksinin əsas vəzifəsi dünya bazarında mövqeyini qorumaqdan ibarətdir. Məlumata görə, bu il Rusiya dünya bazarına 14 milyard dollar dəyərində silah çıxarmaq niyyətindədir. Bu il ən böyük müqavilələrdən biri İndoneziyaya 4-cü nəsil Su-35 qırıcılarının satışı ilə bağlı olacaq.

Bundan başqa, Küveytə 146 ədəd T-90MC tankının və Misirə Ka-52K helikopterinin satışı nəzərdə tutulub.

Bütün bunlarla yanaşı, Rusiya növbəti ilə Qırmızı ordunun 100 illik yubileyinin keçirilməsinə hazırlaşır. Bununla bağlı tədbirlərin bütün ölkə boyu keçiriləcəyi bildirilib.


Müəllif: Samir İsayev

Oxşar xəbərlər