2 Yanvar 2018 09:15
1 658
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Donald Trampın Tvitterdə İslamabad əleyhinə yazdığı fikirlərdən sonra bu ölkənin səfiri Pakistanın Xarici İşlər Nazirliyinə çağırılıb.

Teleqraf.com "Ria Novosti"yə istinadla xəbər verir ki, Trampın əsassız ittihamına narazılıq bildirmək üçün səfir Devid Xeyli Pakistan XİN-ə dəvət olunub.

Qeyd edək ki, Tramp Tvitterdə ABŞ-ın İslamabada maddi yardım göstərdiyini, lakin Pakistanın terrorçuluqla mübarizədə Vaşinqtona kömək etmədiyini və Əfqanıstandan olan silahlıları gizlətdiyini bildirib.


Müəllif: Samir

Oxşar xəbərlər