İtaliyanın Mantuya əyalətində məktəb avtobusu aşıb.
Qəza nəticəsində 23 uşaq müxtəlif dərəcəli xəsarət alıb.
Onların xəstəxanaya çatdırıldığı, həyatlarına təhlükə olmadığı bildirilir.
Hadisə zamanı avtobusda 50-dək şagird olub. İlkin məlumata əsasən, avtobusun sürücüsü özünü pis hiss edərək idarəetməni itirib və maşın aşıb./Publika.az/