ABŞ Dövlət katibi Reks Tillersonun qaçqın məsələləri üzrə müavini istefa verəcəyini açıqlayıb.
Teleqraf.com TASS agentliyinə istinadən xəbər verir ki, bununla bağlı Saymon Henşou özü məlumat verib:
"Mənim istefamın ABŞ Prezidenti Donald Trampın miqrantlarla bağlı qərarları ilə heç bir əlaqəsi yoxdur. Bir vəzifədə uzun müddət işləməmişəm. Ona görə bir neçə gün sonra istefa verəcəm".