Suriya hökumət qüvvələri Şərqi Quta bölgəsinə hücuma başlayıb.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, hücum regionun şərq hissəsindən həyata keçirilir.
Hücumda “Pələng” xüsusi təyinatlıları da iştirak edib. Əsəd ordusu ilk olaraq Tal Farsat qəsəbəsini ələ keçirib. Bundan sonra əl Naşabiya, Xazrama və əl Salixiya şəhərləri hökumət qüvvələrinin nəzarətinə keçib.
Qeyd edək ki, fevralın 24-də BMT Təhlükəsizlik Şurası Suriyada 30 günlük atəşkəslə bağlı qərar qəbul edib.