Meksikanın San Casinto Amilpas şəhərində bir neçə gənc qız simvolik olaraq ağaca ərə gedib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, təşəbbüsü perulu aktyor Riçard Torres irəli sürüb.
Qadınlar evləndikləri ağacı öpüb, qucaqlayıb və ona sadiq qalacaqlarına and içiblər.
Həmin qızlar bununla Meksikanın cənubunda qanunsuz ağac kəsintisinin qarşısının alınmasına yardım edəcəklərini düşünüblər.