15 Mart 2018 09:15
5 786
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyalı tədqiqatçı Valentin Deqteryev Dyatlov keçidi yaxınlığında bir piramida tapıb.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, tədqiqatçı Şimali Uralın hər yerində təbiətin müxtəlif sirr və anomaliyalarını aşkar etdiyini bildirib.

O, araşdırma zamanı əfsanəvi traktın peyk şəkillərində böyük bir piramidaya bənzər görüntü aşkarlayıb.

Deqteryev bildirib ki, hətta turistlərin hər zaman getdiyi yerlərdə də qeyri-adi görüntülər tapmaq olar. Tədqiqatçı Dyatlov keçidi və ətraf ərazilərə “Quql Örç” (Google Earth) vasitəsilə baxıb.

Bədbəxt hadisənin baş verdiyi ərazidən 26 kilometr şimal-qərbdə böyük bir dağ zirvəsi və onun da üstündə piramida formalı qəribə bir simmetrik obyekt aşkarlanıb.

Tapılan strukturun hündürlüyünün 13-14 metr olduğu təxmin edilir.

Bu piramidanın insanlar tərəfindən mükəmməl formada düzəldilən obyekt olduğunu düşünən mütəxəssis, bunun həqiqətən nadir mərmərdən və ya Şimali Uralda tapılmayan başqa bir növ daşdan hazırlandığını bildirib.

Deqteryevin fikrincə, belə bir mürəkkəb strukturun yaradılması üçün xüsusi texnika tələb edilir. Ona görə də bu Mansiylər tərəfindən tikilə bilərdi.

Qeyd edək ki, Dyatlov keçidi kimsəsizliyi və sükutu ilə tanınır. Ancaq 1959-cu ildə 9 gənc xizəkçi “trekkinq” etmək üçün həmin keçidə gedib və bu gəzinti sonda faciəyə çevrilib. Hadisənin ən dəhşətli tərəfi bunda idi ki, 5 xizəkçi düşərgələrinin qarşısında lüm-lüt tapılıb. Aylar sonra 4 xizəkçinin də cəsədi qar altında tapılıb. Cəsədlərin birinin dili kəsilib. Onların çoxunda qabırğa və kəllə qırıqları müəyyən olunub. Hekayəni daha dəhşətli hala gətirən isə cəsədlərin güclü radiasiyaya məruz qalması idi. Qorxunc hadisənin üstündən 55 il keçməsinə baxmayaraq, 9 alpinistin hansı səbəbdən öldüyü hələ də məlum deyil.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər