17 Mart 2018 00:14
1 019
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ prezidenti Donald Tramp ilə Cənubi Koreya lideri Mun Jae arasında telefon danışığı olub.

Teleqraf.com xəbər verir ki, Ağ Evdən verilən açıqlamaya görə, Tramp Şimali Koreyaya qarşı təzyiqlərin davam edəcəyini və yarımadanın nüvə silahından təmizlənməsi üçün birgə addımların atılmasının vacibliyini bildirib.

"Mən sözdə deyil, əməldə nəticə gözləyirəm. Kim Çen İn sözünə sadiq qalacağını əməli ilə sübut etməlidir. Əgər doğru yol seçərsə Şimali Koreya daha parlaq gələcəyə nail olacaq”,- deyə Tramp bildirib.

Tram may ayının sonuna qədər Kim Çen İn ilə görüşəcəyini bəyan edib.

Qeyd edək ki, Cənubi Koreyanın Milli Təhlükəsizlik nümayəndəsi Çunq Eui-Yonq Donald Trampın Şimali Koreya lideri Kim Çenin görüş təklifini qəbul etdiyini və tərəflərin may ayında bir araya gələcəyini bildirib.


Müəllif: Ayxan

Oxşar xəbərlər