Ukrayna Prezidenti Petro Poroşenko ilə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı Ukrayna prezidentinin mətbuat xidməti məlumat yayıb.
Telefon danışığı zamanı Poroşenko Ərdoğanı Rusiyada baş tutacaq prezident seçkiləri çərçivəsində Krımda keçiriləcək növbədənkənar səsverməni tanımamağa çağırıb.
Poroşenko Ukraynanın suverenliyi və ərazi bütövlüyü ilə bağlı dəstəyinə görə türkiyəli həmkarına təşəkkür edib.