Rusiya Prezidenti Vladimir Putin Vyana səfəri öncəsi avstriyalı jurnalistin suallarını cavablandırıb.
Teleqraf.com xəbər verir ki, müsahibə zamanı jurnalist beynəlxalq məsələrlə yanaşı Putinə mediada yayılan yarıçılpaq fotoları ilə bağlı sual da verib.
“Dövlət başçısına görə qeyri-adi sayıla biləcək çoxlu sayda yarıçılpaq fotolarınız var. Bunlar nə fotolardır?” sualına cavabda Putin belə deyib: “Siz yarıçılpaq dediniz. Tanrıya şükür ki, çılpaq demədiniz. Əgər mən istirahət edirəmsə, onda kolların arxasında gizlənməyi lazım bilmirəm”.
Qeyd edək ki, Putin üzgüçülük və xokkeylə məşğul olur.