Məşhur kolumbiyalı müğənni Malumanın Moskvada qaldığı otel nömrəsindən 50 milyon rubl (təxminən 1 milyon 335 min manat) dəyərində zinət əşyaları oğurlanıb.
Teleqraf.com xəbər verir ki, qarət “Four Seasons” otelində baş verib.
Polisin məlumatına görə, oğrular özlərini ifaçının qonağı kimi təqdim edərək, elektron açarın dublikatı vasitəsilə mənzilə daxil olublar.
Oğrular müğənninin Louis Vuitton çantasını, dəyəri 30-130 min dollar arası dəyişən 11 ədəd Rolex və Hubolt markalı saatlarını, Cartier markasına məxsus zinət əşyalarını götürüblər.
Oğurluq hadisəsinə baxmayaraq, ifaçı milli komandaya dəstək olmaq üçün Kolumbiya-Yaponiya oyunu stadiondan izləyib.