31 İyul 2018 00:13
664
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin müxalif Cümhuriyyət Xalq Partiyası (CHP) yeni lider seçmək üçün növbədənkənar qurultay keçirə bilər .

Teleqraf.com xəbər verir ki, əgər partiya nümayəndələri səs verərsə, qurultay yaxın 45 gün ərzində təşkil ediləcək.

Növbədənkənar qurultay keçirilməsinin lehinə partiyanın 625 nümayəndəsi səs verməlidir. Ancaq hələlik bu qədər səs toplanmayıb.

Qeyd edək ki, Türkiyədə iyunun 24-də keçirilən parlament və prezident seçkilərindən sonra CHP-nin bir sıra üzvləri partiyanın lideri Kamal Kılıçdaroğlunu uğursuz siyasətdə günahlandırmış və ondan seçkilərdə prezidentliyə namizəd olmuş Məhərrəm İncenin xeyrinə vəzifəsini tərk etməyi tələb etmişdilər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər