Təbriz Bələdiyyə İdarəsinin idman klubu ləğv edildikdən sonra bu dəfə Güney Azərbaycanın digər şəhəri – Urmiya bələdəiyyəsinə daxil olan idman klublarının da ləğvi təklif edilib.
Teleqraf.com xəbər verir ki, Urmiya Şəhər Şurasının 5 üzvü şura rəisinə məktub ünvanlayaraq “Şəhrdari” adı daşıyan bütün idman komandalarının ləğv edilməsini tələb ediblər.
Şura üzvləri bu təklifi maliyyə problemləri ilə əlaqələndirib.
Bu barədə Urmiya “Şəhrdari” komandasının icraçı direktoru Peyman Rzayi məlumat verib: “Bizə bu barədə heç bir açıqlama verilməyib, biz də xəbəri mətbuatdan oxuduq. Deyilənlərə görə, Təbriz Bələdiyyəsinin klubu ləğv olunduqdan sonra şura üzvləri maliyyə problemlərinə görə belə bir məsələni gündəmə gətiriblər. Bələdiyyə rəisi bizə heç bir söz deməyib”.
Peyman Rzayinin sözlərinə görə, klubun ləğvi ilə bağlı təklif qarşıdakı ərzində həftə elan edilməlidir.
Qeyd edək ki, bir neçə gün əvvəl Təbriz Şəhər Bələdiyyəsinə daxil olan və “Şəhrdari” adı daşıyan bütün idman klubları ləğv edilib.