Rusiyanın Müdafiə naziri Sergey Şoyqu türk həmkarı Hulisi Akar və Türkiyənin Milli Kəşfiyyat İdarəsinin başçısı Hakan Fidan arasında görüş keçiriləcək.
Teleqraf.com xəbər verir ki, görüş bu gün Rusiyanın paytaxtı Moskva şəhərində baş tutacaq.
Rusiya Müdafiə Nazirliyindən verilən məlumata görə, görüşdə Suriya məsələsi müzakirə ediləcək.
Açıqlama bildirilib ki, görüşdə Suriya məsələsi ilə yanaşı, bölgədə təhlükəsizliyin təmin edilməsi və ikitərəfli hərbi əməkdaşlığın perspektivləri müzakirə ediləcək.
Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu da bu gün Moskvaya gedəcək.
Qeyd edək ki, Şoyqu Akar və Fidanla keçən həftə görüşmüşdü. Bu baxımdan, görüşdən keçən bir həftədən sonra Türkiyənin təhlükəsizlik strukturlarının rəhbərliyinin gözlənilmədən Rusiyaya getməsi maraq kəsb edir.